Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başladı

Hit: 875
Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başladı
Daim pasiyentlərin rahatlığını düşünən Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətini tətbiq edib. Artıq karantin müddətində və ya özünütəcrid zamanı evdə qalan pasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların distant məsləhətini ala bilərlər.
 
Distant məsləhəti almaq üçün pasiyent Mərkəzi Gömrük Hospitalının https://customshospital.az/ veb səhifəsinə daxil olaraq Həkimlər bölməsində tibbi bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsi vasitəsi ilə müraciət edə bilər.
 
Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu proqram haqqında ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat almaq mümkündür.








Redaktorun seçimi