Dünyaya koronavirusla bağlı elmi araşdırma təqdim edən ilk azərbaycanlı

Hit: 777
Dünyaya koronavirusla bağlı elmi araşdırma təqdim edən ilk azərbaycanlı
Tibb elmləri doktoru Nuran Abdullayev koronavirusla bağlı müəllifi olduğu elmi tədqiqatlarını beynəlxalq elmi qurumlara təqdim edib.
 
Faktor.az bildirir ki, araşdırmalar nüfuzlu elmi jurnallarda dərc olunduqdan sonra bu barədə geniş məlumat veriləcək.
 
Koronavirus pandemiyası dünyanı bürüyəndən sonra, dünyanın bir sıra nüfuzlu alimləri, həkimlər virusun öyrənilməsi, onun aradan qaldırılması, insanların maarifləndirilməsi, bu öldürücü xəstəlikdən qorunma yolları haqqında sistemli iş aparırlar. Bu işlər sırasında elmi araşdırmalar xüsusi yer tutur. Bu elmi araşdırmaları aparanlar içərisində xaricdə yaşayan azərbaycanlı həkimlər də var. Almaniyanın Köln Universiteti klinikasının Radiologiya və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev virusun öyrənilməsi istiqamətində bir azərbaycanlı olaraq fərqli bir elmi yeniliyə imza atıb. Alimin sözlərinə görə o, bu istiqamətdə 3 elmi tədqiqat işini tamamlayıb. Araşdırmaların nəticələri dərc edilmək məqsədi ilə Amerikanın və Avropanın ən nüfuzlu elmi jurnallarına, eləcə də konqreslərdə təqdim olunmaq üçün müvafiq qurumlara göndərilib.
 
Nuran Abdullayev hesab edir ki, araşdırmalar kifayət qədər fundamental xarakter daşıyır. O, ümidvardır ki, apardığı tədqiqatlar viruslu xəstələrin öyrənilməsi işində yeni bir istiqamət kimi, dünyada maraq doğuracaq. Qeyd edək ki, tibb elmləri doktoru Nuran Abdullayev koronavirus problemi mövzusunda dünyanın elmi ictimaiyyətinə elmi araşdırma təqdim edən ilk azərbaycanlı alimdir.







Redaktorun seçimi