Bel ağrısı zamanı məsləhət edilməyən idman hərəkətləri

Hit: 639
Bel ağrısı zamanı məsləhət edilməyən idman hərəkətləri

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.

Gözəl bədən quruluşuna sahib olmaq hər birimizin arzusudur. Bunun üçün bir çoxlarımız idmanla məşğul olmağa çalışır. Eyni zamanda, aramızda  bel ağrısından əziyyət çəkən insanlar da çoxdur və bəzi idman hərəkətləri bu ağrıların artmasına səbəb ola bilər. Ona görə biz bel ağrısı və bel fəqərəarası yırtıq zamanı məsləhət edilməyən idman hərəkətlərindən danışacağıq.

 

1.    “Squat”lar.
Bu hərəkət idman proqramlarında populyardır. Hərəkət zamanı bel nahiyyəsinə yüklənmə artır və bu bel ağrısının daha şiddətlənməsinə yol aça bilir.

 

 

2.    Qabağa əyilmə.
Bu hərəkət zamanı bel nahiyyəsi qabarır və fəqərəarası disklərə düşən yükü artırır.

 

 

3.    Uzanan yerdə “press”.
Bu populyar idman hərəkəti zamanı bel fəqərələrə və fəqərəarası disklərə həddən artıq stres düşür.

 

 

4.    Ayaqlar üçün press.
Bu idmanda bel nahiyyəsinin strukturları çox yüklənir.

 

5.    Ştanqa qaldırma.
Bu hərəkət problemli bel üçün zərərlidir.

 

6.    Velisoped sürmək.

Velosiped sürəndə zədələnmiş bel nahiyyəsinə ağırlıq düşür.

 

7.    Qaçmaq.
Qaçanda fəqərəarası diskər çox yüklənir. Disklərdə əvvəldən zədələnmə varsa qaçış onu daha da artıra bilər.


Bel ağrılarını azaltmaq üçün tövsiyyə olunmuş 5 hərəkəti gündəlik idman proqramınıza əlavə edin. Həmçinin, vücüd əzələlərin tonusda saxlamaq ücün üzgüçülük də məsləhət görülür.


“Fit görünüşü” düşünəndə yadınızdan çıxartmayın ki, hər şeydən öncə sağlamlıqdır. Bədən əzələlərini sağlam saxlamaq üçün xüsusi avadanlığa gərək yoxdur. Bədənin balansını, stabilliyi, mobilliyi sadə idman hərəkətlərinin köməyi ilə saxlamaq mümkündür.







Redaktorun seçimi