Evdə olduğumuz zaman sağlamlığımızı necə mühafizə edək?

Hit: 1234
Evdə olduğumuz zaman sağlamlığımızı necə mühafizə edək?
Artıq bir neçə müddətdir ki, dünyada eləcə də ölkəmizdə koronavirusla əlaqəli xüsusi tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır. Mütəxəssislərin də tövsiyyə etdikləri kimi xəstəlikdən qorunmağın ən effektiv yolu evdə qalmaq, məcbur olmadıqca evdən çıxmamaq, çıxıldığı zaman da gigiyena qaydalarına əməl etmək və insanlarla aramızda iki metrdən az olmayaraq məsafə saxlamaqdır.
 
Amma unutmaq olmaz ki, dövrümüzün əsas xəstəliklərindən biri də oturaq həyat tərzidir. Oturaq həyat tərzi bizdə ürək damar, diabet, əzələlərin zəifləməsi, həddən artıq piylənmə kimi əlavə problemlər yaradır.
 
Bəli evdə qalmalıyıq həm də özümüzü bunun yarada biləcəyi digər problemlərdən də qorumalıyıq.
 
Bildiyiniz kimi xəstəliklərdən qorunmaq üçün immunitetimiz də sağlam olmalıdır. Deməli bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir.
 
Evdə olduğumuz zaman sağlamlığımızı mühafizə etmək, əzələlərimizi gücləndirmək üçün nə edə bilərik?
 
1. Otağın havasını tez-tez dəyişməliyik. Çünki havalandırılmayan otaqdakı oksidin miqdarı çöldəki havadan daha çox və təhlükəlidir.
2. Gündəlik ən az dörd yüz qram meyvə-tərəvəz istehlak etmək lazımdır.
3. Gündəlik bədən çəkisinin üç faizi həcmində maye qəbul edilməlidir.
4. Hər gün müəyyən fasilələrlə əllər qabağa olmaqla oturub-durma hərəkətləri etmək lazımdır.
5. Telefonla danışarkən bunu fürsət kimi istifadə etmək və gəzə-gəzə danışmaq lazımdır.
6. Komptür arxasında işləyərkən evdə masanın üzərinə karton və ya başqa əşya qoyularaq ayaq üstə işləmək üçün uyğun vəziyyətə gətirilməli və fasilələrlə ayaq üstə işləməyə çalışılmalıdır.
7. Kitab oxuyarkən gəzərək oxumağa çalışılmalıdır.
8. Evin şəraitindən asılı olaraq digər idman hərəkətləri edilməlidir.
9. Fiziki hərəkətin azaldığını nəzərə alaraq qidalanmaya xüsusi diqqət edilməlidir.
 
Bu günlərdə keçəcək əsas olan bizlərin fiziki və psixoloji sağlamlığımızdır. Unutmayaq ki, xəstəlik bizim alacağımız önləmlərdən daha güclü deyil. Bu günlər evdə qalmaq, hərəkətli olmaq, təslim olmamaq, daha da güclənmək lazımdır.








Redaktorun seçimi