Gömrük Hospitalının travmatoloqu canlı yayımda çıxış edəcək

Hit: 718
Gömrük Hospitalının travmatoloqu canlı yayımda çıxış edəcək
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı TRAVMATOLOQ ORTOPEDİ, Travmatologiya və Ortopediya şöbəsin rəisi t.f.d. Dr. Ramin Rzayev 28 dekabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda “Artroz və onun müalicə üsulları” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. 
 
Ramin Rzayev 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etmişdir. 2010-cu ildə “Çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir. Dr. Ramin Rzayev əmək fəaliyyətinə 2006-cı ildə Rusiyada professor İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. O, 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.
 
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.







Redaktorun seçimi