Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda

Hit: 865
Gömrük Hospitalın uzman ümumi cərrahı Elnur Pirəliyev canlı yayımda

 

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman ümumi cərrahı Elnur Pirəliyev 27 noyabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda “Düyünlü zob və təkrarlanan zob: doğru sayılan yanlışlar"  mövzusunda çıxış edəcək və  izləyicilərin suallarını cavablandıracaq.


Dr. Elnur Pirəliyev  Azərbaycan Tibb Universitetinin  müalicə işi fakültəsini bitirdikdən sonra  2014-2019-cu illərdə Türkiyə Cümhuriyyəti  Bezmialem Vakıf Universitetində cərrah ixtisası üzrə uzmanlıq təhsili  almış və 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının məşhur Cleveland Clinic xəstəxanasında Endokrin ve Metabolozim Cərrahiyyəsi, Minimal invaziv və Robotik cərrahiyyə üzrə  təhsilini davam etdirmişdir. Dr. Elnur Pirəliyevin Braziliyanın, Avstraliyanın, ABŞ-ın və Türkiyənin bir çox nüfuzlu elmi tibbi jurnallarında 20-yə yaxın elmi məqalələri dərc olunmuşdur.

 

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).  Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

 









Redaktorun seçimi