Bitki çaylarının faydaları və ziyanları: - Nəyi nə vaxt içmək olmaz?

Hit: 1060
Bitki çaylarının faydaları və ziyanları: - Nəyi nə vaxt içmək olmaz?
Xəstəliklərdən qorunmaq, soyuq havalarda viruslarla mübarizə aparmaq üçün istifadə etdiyimiz bitki çayları bəzən özümüz də bilmədən problemlərə səbəb olur.
 
 
 
Faktor.az-ın  e-tibb.az-a istinadən xəbərinə görə, Türkiyədən olan mütəxəssislər hesab edir ki, bu çayları istifadə etməzdən əvvəl hər kəs onlar haqqında yetərində məlumatlı olmalıdır. 
 
 
 
Məsələn, hesab olunur ki, çökə çayı öskürəyi azaltmağa yardım edir, iltihabı azaldır, orqanizmin müqavimətini artırır. Yuxusuzluq və stressə qarşı vasitə sayılır. Onu mixək, darçın, dəfnə yarpağı, təzə zəncəfil, heyva, heyva tumu ilə birgə də dəmləmək olar.
 
 
 
Bəs nə vaxt çökə çayı içmək olmaz?
 
 
 
Bildirilir ki, bu çay qan durulaşdıran olduğu üçün qanaxmaya səbəb ola bilər. Ələlxüsus hamilələr istifadə etməməlidir. İstifadədən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
 
 
 
Zəncəfil çayı soyuqdəymə və qızdırma zamanı təbii dərman sayılır. Qanda şəkəri nizamlamağa, şişkinliyi azaltmağa, ziyanlı xolesterini aşağı salmağa, mədə spazmını azaltmağa yardım edir. Təzə zəncəfili darçın, narıngi qabığı, mixəklə birgə dəmləmək də olar.
 
 
 
Amma dəmirov, öd kisəsi xəstəlikləri varsa, tez-tez istifadə tövsiyə olunmur.
 
 
 
Bu, qanaxmaya səbəb ola bilər. Hamilələrə istifadə tövsiyə edilmir, çünki uşağın inkişafına mane ola bilər.
 
 
 
Bundan başqa, laxtalanma problemi olanların istifadə etdikləri dərmanlarla reaksiyaya girərək dərmanların təsirini azaldır, birdən artıq dərman içilərsə, zəncəfil çayı istifadəsi  barədə həkimlə məsləhətləşmək lazımdır.
 
 
 
Çobanyastığı çayının bir çox faydaları var. Onlardan biri də menstrual tsikl dövründə sakitləşdirici təsirinin olması, müsbət təsir göstərməsidir.
 
 
 
Mədə xorası zamanı da faydalı sayılır, qaraciyər metobolizmini sürətləndirir, orqanizmi toksinlərdən qorumağa yardım edir.
 
 
 
Aybaşı dövründə hər gün dəmləyib, yeməkdən sonra içmək tövsiyə olunur. Menstrual tsikl başlamazdan 3 gün əvvəldən içməyə başlamaq da olar.
 
 
 
Amma çobanyastığı çayı allergik reaksiyalara da səbəb ola bilər. Qan durulaşdıran dərmanlarla reaksiyaya girə biləcəyini nəzərə alaraq, bu cür dərmanları içildiyi müddətdə istifadəsi tövsiyə edilmir.
 
 
 
Hamiləlik və süd verən dönəmlərdə istifadədən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
 
 
 
Uşaqlara və körpələrə təsiri məlum olmadığı üçün onlara verilməsə, daha yaxşı olar.
 
 
 
Yaşıl çayın faydalarını saymaqla bitməz. Yaşıl çay bədəndən toksinlərin çıxmasına yardım edir, mədəni qoruyur, xərçəng riskini azalda bilir. Bu çayın faydasını daha çox görmək üçün yarpaqları 90 dərəcədə qaynayaq suya ataraq 2 dəqiqə dəmləməsini gözləmək lazımdır. Yaşıl çayı alma, limon, mixək, dənəvər qara istiot, təzə nanə, darçın, bal ilə birgə qəbul etmək olar.
 
 
 
Qış aylarında daha çox soyuqdəyməyə və infeksiyalara qarşı mübarizə aparmaq xüsusiyyətinə görə qəbul edilir.  
 
 
 
Yaşıl çayı nə vaxt içmək olmaz?
 
 
 
Hamilərə üçün çox istifadəsi təhlükəsi sayılır. Həkimlə məsləhətləşmədən içmək olmaz.
 
 
 
Ümumiyyətlə, yaşıl çayı çox içmək bədəndən lazım olduğundan daha çox mayenin çıxmasına, kalsiumun azalmasına və nəticədə osteoporoz  kimi sümük xəstəliklərinə səbəb ola bilər.
 
 
 
Bu çay təzyiq dərmanlarının təsirini də artıra bilir. Ona görə də yüksək təzyiqi olanların yaşıl çay içmələri problem yaradır.
 
 
 
 








Redaktorun seçimi