Alimlər: 2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin

Hit: 322
Alimlər: 2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin

Sağlam qidalanmağın əsasları hələ körpəlikdən qoyulur. 

 

Faktor.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ nutrioloqları uşaq xəstəliklərinin profilaktikası məqsədilə 2 yaşa kimi körpələrə şirin yoğurt və meyvə şirələri verməyi tövsiyə etmir.

 

Elmi işin müəllifləri 1000 uşağın qidalanmasını 6 aydan 2 yaşa kimi analiz edib. 

 

Məlum olub ki, 6 aylıqdan 11 aya kimi körpələr hər gün 1-2 çay qaşığı dozasında şəkər qəbul edir. 1 yaşdan 2 yaşa kimi uşaqlar isə 5-6 qaşıq şəkər alır.

 

Bu miqdarda şəkər onların orqanizminə şirin qidalar, yoğurt, meyvə püre və şirələri ilə daxil olur. Peçenye, vafli, konfetlər də bura aiddir.

 

2 yaşına kimi rasionunda normadan artıq şəkər olan uşaqlarda sonradan astma, piylənmə, kariyes, təzyiq, diabet, hormonal pozulmalar qeydə alınır.









Redaktorun seçimi