Ürək qüsuru olan uşaq invaziv müdaxilə üsulu ilə əməliyyat edilib

37 dəfə oxunub
Ürək qüsuru olan uşaq invaziv müdaxilə üsulu ilə əməliyyat edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan uşaq inzaviz müdaxilə ilə əməliyyat edilib.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, uşağın ürəyindəki qulaqcıqlararası çəpərin defekti klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev tərəfindən invaziv müdaxilə ilə əməliyyat olunub.

Kardioloqun sözlərinə görə, bu tip patologiyalar anadangəlmə ürək qüsurları arasında çox yayılıb və tez-tez rast gəlinir: “Belə qüsurlarda vaxtında əməliyyat etmək mütləq şərtdir. Çünki zamanında əməliyyat olunmazsa, sonradan həmin qüsur böyük yaşlarında xəstənin həyatına ciddi problem yarada bilər. Bəzən bu ürək qüsuru elə kiçik yaşlardan ürək boşluqlarına, ürəyin öz işinə zərər yetirir. Əgər həmin problem uşağın həyatına və normal fəaliyyətinə təsir edirsə, onda əməliyyat lazımdır”.



Redaktorun seçimi