Meyvə şirələrinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

Hit: 289
Meyvə şirələrinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

Meyvə şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Lakin onun qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir.

Həkim-fitoterapevt Fizuli Hüseynovun dediyinə görə, immun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər, böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir: “Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır, lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. Gün ərzində meyvə şirələri maksimum 3 stəkan, tərəvəz şirələri isə daha az miqdarda qəbul edilməlidir”. (Azərtac)









Redaktorun seçimi