Diş qıcanmasının səbəbləri və müalicəsi

Hit: 2112
Diş qıcanmasının səbəbləri və müalicəsi

Bruksizm (diş qıcanması) gecə yuxuda olan zaman çənənin yığılması ilə dişlərin bir-birini sıxmasıdır. Bruksizmə bütün yaş qruplarında rast gəlmək mümkündür. Xəstəliyin əmələ gəlmə səbəbləri haqqında müxtəlif məlumatlar var.

Faktor.az medicina.az-a istinadən bildirir ki, bəzi mütəxəssislər dişlərin qıcanmasının sinir sistemi ilə əlaqəli olduğunu qeyd edirlər.

Bir qism mütəxəssislər isə bruksizmin beyin və dişlərin qarşılıqlı əlaqəsindən yaranan problemlər səbəbindən baş verdiyini söyləyirlər.

Bruksizm zamanı baş verən narahatlıqlar:

- Diş ağrıları
- Dişlərdə çatlar
- Baş ağrıları
- Üz əzələlərində ağrılar
- Yanaq əzələlərinin boşalması

Bruksizmin baş vermə səbəblərindən ən birincisi stress faktorudur.Uzun müddət yetərincə yatmadıqda da baş verməsi mümkündür. Belə ki, beyin qıcıqlandığı zaman sinir ucları ağız boşluğundakı əzələlərə təsir bu da burksizmi yaradır.
Dişlərin qıcanması çeynəmə təbəqəsində aşınmaya, arxa dişlərin çıxıntılarında çatların əmələ gəlməsinə səbəb olur. Bu çatlar isə zamanla böyüyərək diş xəstəliyi meydana gətirir.

 

Bruksizmin səbəbləri:

- Həddindən artıq əsəbilik
- Stress halının çox olması
- Dişlərin düzülüşündə pozulmalar
- Beynin qıcıqlanması
- Yuxusuzluq

Xəstəliyi müalicə etmək üçün qıcanmaya səbəb olan amil aşkar edilməli və həmin istiqamətdə müalicə tədbirləri aparılmalıdır.
Müalicə müddətində dişlər zərər görməsin deyə xüsusi qoruyucu yerləşdirililir və dişlərə gələn zərərin qarşısı alınır.









Redaktorun seçimi