Mədə yanmasına səbəb nədir? - Mədə yanması xəstəlik xəbərçisidir?

Hit: 2085
Mədə yanmasına səbəb nədir? - Mədə yanması xəstəlik xəbərçisidir?

Mədənin həzm problemi yaşaması nəticəsində ortaya çıxan mədə yanması, bəzi hallarda mədə xəstəliklərinin xəbərçisi olur. Xüsusilə sağlam qidalanmaq, həddindən artıq yağlı yeməklər yemək, çox ədviyyatlı yeməklər, turşulu içkilər kimi bir çox səbəbdən ortaya çıxan mədə yanması  hər yaşda ortaya çıxa bilər. Bəs mədə yanması ciddi bir problemə səbəb olub, xəstəlik xəbərçisi ola bilərmi?

Faktor.az xəbər verir ki, mədə yanması yeyilən yeməklərin həzmi çətinləşdirməsi zamanı ortaya çıxan bir narahatlıqdır. Bu xəstəliyin bir çox səbəbləri var. Hər yaşda rastlanan mədə narahatlığı istehlak edilən qidaların mədə həzmini çətinləşdirdiyinə görə ortaya çıxır. İstehlak edilən qidaların həzmi üçün ifraz olunan turşunun sıxlığından dolayı yemək borusunda yanma hissi yaranır.

Mədə yanmasına səbəb olan qidalar hansılardır?

 Yağlı yeməklər

 Mədə yanmasına səbəb olan qidaların başında həddindən artıq yağlı və ədviyyatlı yeməklər gəlir. Adamdan adama dəyişiklik göstərən bu problemin yaranmasına şərait yaradan bir çox səbəb var.

Kofein istehlakını azaldın

 

 Kofein və qazlı içkilər də mədə yanmasını artırır.

 

Mədə yanmasına səbəb olan qidalar;

Çox yeyilən soğan və sarımsaq

Ədviyyatlar (İstiot, marka istiot, sumaq)

Yağlı yeməklər və qızartmalar

Qazlı və kofeinli içkilər

Mədə yanması zamanı  müalicə üsulu olaraq su və yağsız süd kimi tərkibində turşu ehtiva etməyən içkilər istifadə edilir.

İnsanın mədə yanmasına qısa müddətdə mane olacaq sadə bir üsuldur. Süd hər mədəyə yaxşı gəlmədiyi kimi bəzi insanlarda mədə yanması problemini aradan qaldıra bilər. Qoğal  mədə yanmasına çox yaxşı təsir göstərir. İstifadə ediləcək qoğalın həkim nəzarətində alınması tövsiyə olunur.

Mədə yanması xəstəlik xəbərçisi ola bilərmi?

Bir çox mədə xəstəliyinin əlamətləri bir-birinə bənzəyir. Məsələn, qastrit əlamətlərinin başında mədə yanması və ya qıcqırması gəlir. Uzun müddətli və keçməyən mədə yanmaları qastriti işarə edir. Mədə yanması şikayəti olanların bir mütəxəssis nəzarətindən keçib yanmağın səbəbinin müəyyən edilməsi lazımdır. Xüsusilə uzun müddətdir mədə problemləri yaşayanların daha çox diqqət yetirməsi lazımdır.

Mədə yanmasını yüngülləşdirmək üçün lifli qidalar yeyilməlidir. Mədə yormayan, həzmi asan yeməklər mədənin həzmini daha da asanlaşdırır.

Firuzə Firdevs

 









Redaktorun seçimi