Mövsüm dəyişikliyi ilə əlaqəli nələrə diqqət etməliyik? Necə qidalanmalıyıq?

Hit: 1862
Mövsüm dəyişikliyi ilə əlaqəli nələrə diqqət etməliyik? Necə qidalanmalıyıq?

İnsan orqanizminin ən həssas və diqqət edilməsi lazım olan vaxtları mövsüm dəyişiklikləri olan dövrlərdi. Ani hava dəyişiklikləri immunitet sistemi zəif olan insanlarda bəzi xəstəliklərə çağırış edir. Bəs mövsüm keçidlərində necə qidalanmalıyıq? Bədən müqaviməti necə yüksək tutulmalıdır?

Faktor.az xəbər verir ki, yay mövsümünün bitməsi və bir neçə gündə temperaturun aşağı düşməsi insan bədəninə mənfi təsir göstərir. Ani hava dəyişikliklərinin, xüsusilə, soyuqdəymə kimi xəstəliklərə səbəb olması mütəxəssislər tərəfindən bildirilir və xəbərdarlıq edilir.

Fəsil dəyişikliyində necə qidalanmalıyıq? Cavabı məhz aşağıdakılardı.

 

 Balanslı qidalanmaq vacibdir

 Yalnız mövsüm keçidlərində deyil normal zamanda da tarazlı və düzgün qidalanmaq insan sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə mövsüm keçidlərində həssaslaşan orqanizmlər və ya bədən müqaviməti aşağı olanların balanslı və doğru qidalar istehlak etmələri çox əhəmiyyətlidir. Qidalanma şəkli gündə 3 ana pay və 2 ara pay olmalı və sağlam qidalar yeyilməlidir. Qidalardan alınan vitaminlər orqanizmin müqavimətini yüksəldir.

Meyvə və tərəvəzlərdən qəbul edilən vitaminlər bu dövrlərdə bədən müqavimətinin artmasına və daha da möhkəmlənməsinə yardımçı olur. Mövsüm tərəvəzləri və meyvələri nizamlı bir şəkildə istehlak edilməli və immunitet sistemi qüvvətləndirilməlidir.

Zülal mənşəli qidalar istehlak edilməlidir.

Ət, süd və süd məhsulları mövsüm keçidlərində orqanizmin zülal istəyini əhəmiyyətli dərəcədə ödəyir. Xüsusilə, səhər yeməyində istehlak edilən süd və süd məhsulları orqanizmin lazımlı zülalı almasını təmin edəcəkdir.

Soyuqdəymə, zökəm, qrip kimi immunitet sisteminin düşdüyü anda orqanizmdə yaranan xəstəliklərə mövsüm keçidlərində yaxalanmaq daha çox mümkündür. Burada da C və A vitamini dövrəyə girir. Mövsüm keçidlərini daha sağlam və yüngül çıxmaq üçün C və A vitaminlərini bol-bol qəbul etməliyik. Bu vitaminlərin qidalardan alınması mütəxəssislərin ən böyük üstünlükləridir.

Dəmir çatışmazlığı olanlar diqqət etsin!

Dəmir çatışmazlığı olanların digər insanlardan daha çox bu dövrdə diqqət etmələri lazımdır. Bunun səbəbi bədəndə olan dəmir çatışmazlığı səbəbiylə immunitet sistemini zəifləməsidir. Doşab dəmir çatışmazlığı yaşayanların ən böyük çarəsi kimi tanınır.

Mövsüm keçidlərində dəmir çatışmazlığı yaşayanların doşab istehlak etmələri immunitet sisteminin güclənməsinə yardımçı olacaqdır.

Bal təbii antibiotikdir

Mövsüm keçidlərini yüngül çıxmaq istəyənlərin, infeksiyalardan qorunmaq üçün bal istehlak etmələri lazımdır. Səhər yeməkdə və ya ac qarnına bir qaşıq bal yemək yaranan infeksiyalara qarşı bədəni qoruyur.

Boğaz infeksiyasına yoluxanların və ya əlamətlərinə malik olanların səhərlər bir qaşıq bal istehlak etmələri boğaz ağrısını və ya yanmasını böyük ölçüdə azaldacaq.

Bol su istehlak edilməlidir.

Bədən müqavimətinin güclü olması üçün su istehlakı çox əhəmiyyətlidir. Gündə 2 litr su istehlak etmək bədən müqavimətinin saxlanmasını təmin edir. Fərqində olmadan orqanizmin su itirməsi bir çox xəstəliyə səbəb olur. Mövsüm keçidlərində bol su istehlak etmək çox əhəmiyyətlidir.

Firuzə Firdevs

 









Redaktorun seçimi