Xərçəng xəstəliyindən qoruyan ən güclü vasitə - Mütəxəssis açıqladı

Hit: 674
Xərçəng xəstəliyindən qoruyan ən güclü vasitə - Mütəxəssis açıqladı

Ana südü ana və körpəni xərçəng xəstəliyindən qoruyur.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onkologiya mütəxəssisi Prof. Dr. Xaqan Qaragöl,  ana südünün həm ananı, həm də körpəni xərçəng riskindən qoruduğunu bildirib. O, qeyd edib ki,  ana südü ilə qidalanan  uşaqlar daha ağıllı olur. Uşaqların ağıllı olması bu südün tərkibində olan dokosaheksanoyik turşusu ilə əlaqədardır.

Bundan əlavə öyrənmə, diqqət, yaddaş kimi kognitif funksiyalar da ana südü əmən uşaqlarda daha yaxşı inkişaf edib. Ana südü uşaqlarda müşahidə edilən bir çox xəstəliklərin qarşısını alır. Ana südü, uşaqların sağlam böyüməsi üçün ən dəyərli qidadır. Bu südün tərkibində uşağın böyüməsinə töhfə verən böyümə amilləri, uşağın immunitet sisteminin xəbərdar edilməsində vəzifəli immunitet sistemi hüceyrələri və maddələri, zülal, yağ, karbohidrat ilə vitamin və minerallar var. 6 aydan çox ana südü ilə qidalanan uşaqlarda doğum sonrası bağırsaq inkişafı daha güclü olur.

Bundan əlavə, ana südü  vaxtından əvvəl doğulmuş körpələrdə infeksiyaya bağlı ölüm riskini azaldır. 3 ay ana südü ilə qidalanan körpələrdə ishal, orta qulaq iltihabı, tənəffüs yolu infeksiya inkişaf riski də azalır və ən az 4 ay ana südü ilə qidalandıqda, ana südü ilə immunitet sisteminə xəbərdarlıq edildiyi üçün astma, allergik dəri xəstəliyi kimi allergik halların 3 yaşına qədər daha az olduğu müşahidə olunur.

Çölyak xəstəliyi deyilən bağırsaq xəstəliyi və şəkər xəstəliyinin ana südü ilə qidalanan uşaqlarda daha az göründüyü də müəyyənləşib. Həmçinin, uşaq və yetkinlik dövründə köklük riski, həddi-buluğ çağında isə hipertoniya və xolesterin yüksəkliyi riski ana südü ilə kifayət qədər qidalanmış insanlarda daha az görünür.

Ana südü kifayət qədər qidalanmanın digər bir faydası uşaqlıq çağında görülən xərçəng tezliyində azalmanın müşahidə olunmasıdır.  6 ay və daha çox müddət ərzində ana südü ilə qidalanan uşaqlarda qan xərçənginin  inkişaf riski azalıb. 2019-ci ilə qədər aparılmış cəmi 24 işin nəticələri araşdırılıb. Nəticədə, qan xərçəngi inkişafının azaldığı müəyyən olunub.

İngiltərədə aparılan bir araşdırmaya əsasən, bu ölkədəki bütün analar uşaqlarını yetərli müddət və qədərində  ana südü ilə bəsləyərsə, uşaqlıq çağı qan xərçəngi və lenfomaya rast gəlinmə tezliyinin 5 faiz azalacağı hesablanıb.

Əmizdirmənin də analarda xərçəng inkişafını qarşısını aldığını qeyd edən Professor Doktor Qaragöl, "Uşaqlarını kifayət miqdarda vəmüddətdə ana südüylə qidalandıran analarda döş və yumurtalıq xərçəngi görülmə tezliyində azalma olduğu müşahidə olunub. Mühüm bir tibb jurnalında 2002-ci ildə nəşr olunan, 30 ölkədə yaşayan 50 min məmə xərçəngi və 70 yaşına qədər hələ ki, məmə xərçəngi olmamış 100 min nəfəri araşdıran bir işdə, ana südü ilə yetərli müddət və məbləğdə körpəni bəsləmiş analarda döş xərçəngi inkişaf riskinin azaldığı müəyyənləşib" deyə qeyd edib.

Firuzə Firdevs

 









Redaktorun seçimi