Yuxuda dişləri bir-birinə sürtmək nədən xəbər verir?

55 dəfə oxunub
Yuxuda dişləri bir-birinə sürtmək nədən xəbər verir?
Yuxuda dişləri bir-birinə sürtmək, qıcamaq adi hal kimi qarşılansa da, əslində elə deyil. Türkiyədən olan mütəxəssislər hesab edir ki, uşaqlarda bu halın baş verməsi adətən xəstəlik sayılmır, normal və yaxud da ötəri olan davranış kimi dəyərləndirilir. Yetkin insanlarda isə belə deyil, bu, daha çox gün ərzində keçirilən stress, gərginliklə bağlıdır.
 
Bu kimi hallara günlərin qısaldığı, gecələrin uzandığı payız-qış aylarında daha sıx rast gəlinir. Çünki depressiya halları bu dövrdə artır.
 
Qeyd olunur ki, depressiya, stress halları əsasən çeynəmə əzələlərinə təsir edir. Əzələlərin gərgin olması nəticəsində yuxuda çənənin sıxılması, dişlərini qıcaması halı ortaya çıxır. Yuxuda çənəsini sıxan, dişlərini bir-birinə sürtən şəxs bundan xəbərsiz olur.
 
Bu hal davamlı şəkildə təkrarlandıqda dişlərdə həddən artıq həssaslığa, boşalmaya, dişlərin aşınmasına, qırılmasına, çənə funksiyasının pozulmasına səbəb olur.
 
Adətən bu vərdiş səbəb olan amilin aradan qaldırılması ilə keçib gedir.
 
Bundan başqa, dişlərin zədələnməsinin qarşısını almaq üçün əlavə vasitələrdən də istifadə edilir.



Redaktorun seçimi