Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ

41 dəfə oxunub
Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ

Mütəxəssislər hər zaman vurğulayır ki, düzgün və faydalı qidalanmaqla insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Bir çox adi qida məhsullarını həm də təbii dərmanlar adlandırmaq olar. Bu xüsusilə meyvə və tərəvəzlərə, süd məhsullarına, paxlalılara, taxıl bitkilərinə aiddir.  

Faktor.az saglamolun.az-a istinadən bildirir ki, qida mütəxəssislərinin müşahidələrinə görə, bəzi tərəvəzlər böyrəkləri çox yaxşı təmizləyir və xəstəliklərdən qoruyur. Bu ilk növbədə kələmə aiddir. Kələmin tərkibində olan fitokimyəvi maddələr orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir və bununla da böyrəklərin işini asanlaşdırır.

Digər böyrəklər üçün faydalı olan tərəvəz qulançardır. Qulançar həm orqanizmi təmizləyir, həm də A və C vitaminləri ilə təmin edir.

Flavonoidlər və kversetinlə zəngin olan soğan (xüsusilə qırmızı soğan) böyrəklərdən ziyanlı maddələri xaric etməyə yardım edir.

Bundan əlavə mütəxəssislər böyrəklər üçün ən ziyanlı məhsulları da sadalayıb: fast-fud, şirniyyatlar və spirtli içkilər.



Redaktorun seçimi