Kipriklərə çəkilən tuş zərərlidir - DİQQƏT!

36 dəfə oxunub
Kipriklərə çəkilən tuş zərərlidir - DİQQƏT!

Qadınların hər gün istifadə etmədən çölə çıxmadıqları tuş (kiprik həcmləndirən vasitə) makiyaj vasitələri içərisində ən zərərlilərindəndir.

Faktor.az medicina.az-a istinadən bildirir ki, Avropa dermatoloqları bildirib ki, tuş gözləri qıcıqlandırır, iltihab yaradır və infeksiya sala bilir. "Göz qapağı ətrafı iltihab və zərərli bakteriyalar isə təbii kipriklərin tökülməsinə səbəb olur".

Britaniya Okilistlər cəmiyyətinin nümayəndəsi isə qeyd edib ki, hər gün tuşdan istifadə göz yaşı pərdəsini zədələyir. Əgər bu pərdə zədələndisə, göz yaşı tez buxarlanıb quruyur, quru göz sindromu yaranır, göz içi müdafiəsiz qalır. 

Tuş quruduqda flakona ağız suyu, spirt, su əlavə etmək və köhnə fırça ilə yenidən həmin tuşdan istifadə buynuz qişa və kiprik dibinə ağır infeksiya salır. 
Gözün buynuz qişasının bakteriyalarla yoluxmasına gətirib çxıarır, bu infeksiyalar nadir də olsa, gözün korluğuna səbəb olur. Yol getdikdə, avtomobildə kipriklərə tuş çəkmək, fırçanın nazik ucları ilə göz içi örtüyün, büllurun cızılmasına səbəb olur. 

 

Eləcə də digər insanın tuşundan istifadə yolverilməzdir.



Redaktorun seçimi