DİQQƏT: Yatmazdan əvvəl bu yeməkləri YEMƏYİN - Əks halda...

26 dəfə oxunub
DİQQƏT: Yatmazdan əvvəl bu yeməkləri YEMƏYİN - Əks halda...
Bəzi yeməklər yuxu rejiminə tamamilə təsir edə bilir.
 
Öz növbəsində yuxu rejiminin pozulması insanların pis yuxular görməsinə səbəb olur. Odur ki, yatmazdan əvvəl nə yediyinizə diqqət edin.
 
ŞƏKƏRLİ QİDALAR
 
Şəkərin çəkini artırması, ürək xəstəliyi, diabet və xərçəng riskini artırdığı məlumdur. Şəkərli qidalar həm də qorxulu yuxular görməyinizə səbəb ola bilər. Buna görə də, yatmazdan əvvəl peçenye və tort yeməkdən çəkinməlisiniz.
 
PENDİR
 
Pendir də pis yuxu görməyinizə səbəb olan qidalardandır. Ümumilikdə, araşdırmalar nəticəsində yatmazdan əvvəl süd məhsulları qəbul edənlərin qorxulu yuxular gördüyü məlum olub. 
 
ƏDVİYYATLI YEMƏKLƏR
 
Ədviyyatlı yemək və isti sous sizi yuxuda qəribə varlıqlarla qarşılaşdıra bilər. Belə ki, yatmazdan əvvəl acı sous yeyən insanların yuxu rejiminin pozulduğu, yatıqdan sonra isə qəribə yuxular gördüyü ortaya çıxıb. 
 
ŞOKOLAD
 
Şokolad da yuxu rejimini pozur və insanların qorxulu yuxular görməsinə səbəb olur. Bu qidanı günorta yemək daha uyğundur. 
 
DONDURMA
 
Dondurma bir çox insanın imtina edə bilmədiyi qidalardandır. Ancaq yatmazdan əvvəl dondurma yemək qorxulu yuxular gördürür.



Redaktorun seçimi