Bir çox xəstəliyi sağaldan SEHRLİ VASİTƏ

Hit: 357
Bir çox xəstəliyi sağaldan SEHRLİ VASİTƏ
Qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. Bir sözlə, orqanizmdə bir çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir.
 
Faktor.az qalxanabənzər vəzinin ciddi xəstəliklərin inkişafının qarşısını alan və orqanizmində yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.
 
Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:
 
Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir.
 
Ürək döyüntüsünün artması
 
Bağırsaq fəaliyyətinin pozulması
 
Yorğunluq
 
Narahatlıq və əsəbilik
 
Menstruasiya problemləri
 
İstilik hissi
 
Çəki itkisi
 
Hədsiz tərləmə
 
Yuxu pozulması
 
Diqqət pozunluğu
 
Unutqanlıq
 
Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:
 
Qıcolmalar
 
Dırnaqların qırılması
 
Depressiya
 
Çəki artması
 
Qəbzlik
 
Yorğunluq
 
Dəri və baş dərisinin quruluğu
 
Menstrual tsiklin pozulması
 
Unutqanlıq
 
Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.
 
İnqrediyentlər:
 
Təzə yetişmiş 40 qoz tumu
 
1 kq təbii bal
 
Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur. (publika.az)








Redaktorun seçimi