İnsan ölümünə ən çox səbəb olan İKİ XƏSTƏLİK

Dünyada insanlar ən çox ürək-damar və xərçəng xəstəliklərindən dünyasını dəyişir.
Avropa Kardioloqlar Cəmiyyəti dünyanın müxtəlif bölgələrində apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib.
Avropalı kardioloqların qənaətinə görə, ürək-damar xəstəliklərindən ölənlərin sayı dünyanın həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də inkişaf etməmiş ölkələrində qeydə alınır. Dünyanın inkişaf etmiş ölkələrdə isə insanlar daha çox xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu da həmin ölkələrdə tibbin inkişaf etməsi və tibb xidmətinin əhali üçün əlçatan olması ilə izah olunur.
Kardioloqların qənaətinə görə, hansı ölkələrdə ki, səhiyyə lazımınca inkişaf etməyib, səhiyyənin xidməti aşağıdır və əlçatan deyil, o ölkələrdə insanlar daha çox ürək-damar xəstəliklərindən dünyasını dəyişir.
Mütəxəssislərin apardığı araşdırma nəticəsində oda bəlli olub ki, xərçəngdən ölənlərin sayı inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə ölənlərin sayı demək olar eyni olub.
İsfahan Kardioloji Elmi-Tədqiqat İnstitutunun alimlərinin fikrincə, duzlu olmayan fıstıq və qozdan istifadə ürək-damar xəstəlikləri riskini azaldır.


