Ürək xəstələri bunu etməlidir - Araşdırma

28 dəfə oxunub
Ürək xəstələri bunu etməlidir - Araşdırma

Yoqa ilə məşğul olmaq ürək əzələlərini möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.

Faktor.az Axar.az-a istinadən bildirir ki, bununla bağlı araşdırma aparan Hindistan alimləri belə bir qənaətə gəliblər.

Alimlərin araşdırmasında ağır ürək əməliyyatı keçirmiş 2500-dən çox insan iştirak edib. Caypur şəhərindəki klinikanın kardioloqları onların reabilitasiya prosesini müşahidə ediblər. Bunun üçün tibb işçiləri pasiyentləri iki qrupa ayırıblar.

Birinci qrupa daxil olanlar 3 ay ərzində nəfəs məşğələləri də daxil olmaqla, yoqa ilə məşğul olmalı idilər. İkinci qrup isə yoqa məşğələlərinə getməyib. Nəticələr göstərib ki, 5 ildən sonra yoqa ilə məşğul olmayanların 25 faizi ölüb. Yoqa ilə məşğul olanlarda isə bu göstərici 21 faiz olub.

"Yoqa müxtəlif risk faktorlarına, o cümlədən ürək-damar xəstəliklərinin inkişafına səbəb olan yüksək qan təzyiqinə nəzarət etməyə kömək edir", - Britaniya Ürək Fondunun professoru Ceremi Pirson nəticələrlə bağlı açıqlamasında deyib.



Redaktorun seçimi