Məşhur həkim damarları qorunmağın yollarını AÇIQLAYIB

Hit: 290
Məşhur həkim damarları qorunmağın yollarını AÇIQLAYIB
"Belə bir deyim var-insanın damarı neçə yaşındadırsa, insan da o yaşdadır. Yəni insan var ki, 35 yaşındadır, damarları qocalıb, 65 yaşındakı kimidir. Deməli, o insanın 35 yox, 65 yaşı var".
 
Bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin invaziv radioloqu və endovaskulyar cərrahı, professor Ahmet Memiş deyib.
 
Mütəxəssis deyib ki, damarların sağlamlığı üçün zərərli vərdişlərdən uzaq olmaq zəruridir. Onun sözlərinə görə, bunun üçün gündəlik piyada gəzmək mütləqdir. Sağlamlıq üçün ağır idman etməyə gərək yoxdur.
 
A. Memiş Ağdəniz qidalanma tərzinin ürək-damar sistemini qoruyan ideal bir qidalanma olduğunu vurğulayıb: "Bunu bütün dünyada sübut ediblər. Bir də gündə 2 litr su içmək lazımdır! Yanınızda mütləq həmişə təmiz su olsun".
 
Qeyd edək ki, Ağdəniz mətbəxi rəngarəng tərəvəzlər, meyvələr, paxlalılar, zeytun yağı, balıq, qoz, fındıq, badam və s. təbii qidalarla zəngin mətbəx sayılır.








Redaktorun seçimi