Mədəaltı vəz sekresiyasının pəhrizlə normallaşdırılması

25 dəfə oxunub
Mədəaltı vəz sekresiyasının pəhrizlə normallaşdırılması
Pankreatik sekresiyanın normallaşdırılması həm dərman,həm də pəhriz vasitəsilə əldə edilir.
Pəhriz mədəaltı vəzin sekresiyasını stimulə etməməlidir.Aşkar ifadə olunan kəskinləşmə zamanı birinci 3-5 gün xəstəyə aclıq və hidrokarbonatlı-xloridli sular təyin edilir.Bu cür pəhriz pankreatik sekresiyanın azalmasına gətirib çıxarır.Lazım gəldikdə parenteral qidalanmaya(albumin,protein,qlükoza)keçirlər ki,bu da intoksikasiyanın,ağrı sindromunun azalmasına səbəb olur və hgipovolemik şokun qarşısı alınır.Duedonostazda nazik zond vasitəsilə mədə möhtəviyyatının aspirasiyasının həyata keçirirlər.Əgər mədə şirəsi pH-4-dən aşağıdırsa,parenteral olaraq histaminin H2 reseptorlarının blokatorları yeridilir.3-5 gün sonra xəstəni peroral qidalanmaya keçirirlər.Qida qəbulu tez-tez,az miqdarda olmalıdır.Mədəaltı vəzi sekresiyasının stimulyasiya etməyə qabil olan məhsulların(yağlar,turş məhsullar),kalsiumla zəngin süd məhsullarının(kəsmik,pendir) qəbulu məhdudlaşdırılır.
Bu zaman sutkalıq rasionun tərkibində asan həzm olunan qidalar olur:
- 80-120 qram zülallar(yumurta,soyutma ət,balıq)
- 80 qram yağlar(bunların 70%-i bitki,30-i heyvani)
- 300-400 qram karbohidratlar(polisaxaridlər şəklində)
Fərdi olaraq yaxşı qəbul olunduqda çiy tərəvəzlər istisna olunmur.Alkoqol,kəskin qidalar,konservlər,qazlı içkilər,turş meyvə və giləmeyvələr,turş meyvə şirələri xəstəyə qadağan edilir.



Redaktorun seçimi