Böyrəküstü vəziləri dirildən qədim RESEPT - Yuxuya, dırnaqlara və təzyiqə cavabdehdir

Hit: 327
Böyrəküstü vəziləri dirildən qədim RESEPT - Yuxuya, dırnaqlara və təzyiqə cavabdehdir
Böyrəküstü vəzilər kiçik endokrin vəzilər olub, böyrəklərin üzərində yerləşir. Onlar orqanizm üçün vacib olan steroid, adrenalin  və noradrenalin hormonlarını hasil edir. Məhz bu hormonlar immunitet, yuxu, təzyiqə cavabdir. 
 
Əgər sizdə yuxusuzluq, stress, saç tökülmə, dırnaq qırılması, təzyiq problemi və kökəlmə varsa, çox güman ki, böyrəküstü vəziləriniz normal işləmir.
 
Faktor.az medicina.az-a istinadən bu vəzilərin işini normallaşdırıb, sizi çox problemlərdən, eləcə də təzyiq və köklükdən xilas edəcək qədim sınanmış resepti təqdim edir.
 
200 qr qoz
100 qr qurudulmuş cəfəri yarpaqları
200 qr təbii bal
50 qr sürtgəcdən keçirilmiş zəncəfil kökü
200 qr kişmiş
 
Bütün ərzaqlar blenderdən keçirilib, qarışdırılır, balla qatılır. Şüşə qabda saxlanıla bilər.
Səhər acqarına 2 çay qaşığı qəbul edilir.  1 gündən bir qəbul edilməlidir.
 
Kurs 2 aydır.
Siz dərhal enerji artımı, iştah, yuxu əldə edəcək, zamanla artıq çəkidən xilas olacaq, xarici görünüşünüz yaxşılaşacaq.








Redaktorun seçimi