İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir

Hit: 188
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
İndoneziya prezidenti Coko Vidodo ölkənin paytaxtını dəyişmək istəyir.
 
Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident bunun üçün artıq parlamentə müraciət də edib. Vidodo paytaxtı Cakartadan Kalimantan adasına köçürmək niyyətindədir.
 
Prezident xalqı əmin edib ki, yeni paytaxt milli özünütəsdiqin simvolu olacaq və insanlar arasında bərabərlik, haqq-ədalət bərpa ediləcək.
 
Hesablamalara görə, paytaxtın köçürülməsi azı 10 il vaxt aparacaq və 32 milyard dollardan çox vəsait tələb edəcək.








Redaktorun seçimi