Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır - QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI

Hit: 200
Stress, allergiya və xərçəng kimi xəstəliklərin qarşısını alır - QIZIL SÜDÜN FAYDALARI VƏ HAZIRLANMASI

Qızılı süd içkisi görünüşünə görə verilmiş addır. Bəs faydaları nədir, evdə hazırlamaq mümükündürmü? Faktor.az bildirir ki, medicina.az-ın hazırladığı bu materialda bütün suallarınıza cavab tapa biləcəksiniz: 

Qızıl süd nədir?

Xam malı sarıkök və süddən ibarətdir. Rəngi sarımtıl olduğu üçün qızıl süd adı verilib. Çox faydalı olan bu içkinin tərkibində qara istiot və darçın da var.
 
•    Nəfəs yolu infeksiyalarının müalicəsində istifadə edilir. Boğaz ağrısını yüngülləşdirir.
•    İmmun sistemini gücləndirir və allergiya ehtimalını minimuma salır.
•    Bu qarışığın içinə bir az Hindistan qozu, yağı əlavə etsəniz möcüzəvi təsiri olacaq. Rahat yuxuya dalmağa şərait yaradır.
•    Maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır
•    Yağların yandırılmasını sürətləndirir. Eyni zamanda uzun müddət tox tutma qabiliyyətinə malikdir. Arıqlamağa kömək edir.
•    Orqanizmi təmizləyir, bədəndə hüceyrələrin yenilənməsinə yardımcı olur.
•    Toksiki maddələrin vücuddan atılmasına şərait yaradarkən, cildi gözəlləşdirir.
•    Sızanaq yaranmasını əngəlləyir, var olanları isə sağaldır.
•    Aybaşı sanclırınn ağrılarını azaldır.
•    Qaraciyər yağlanmsına mane olur.
•    Təbii ağrıkəsicidir.
 
Evdə hazırlanan qızıl süd resepti
 
Lazım olanlar:
  
•    2 stəkan süd (inək südü və yaxud hind qozu südü)
•    2 çay qaşığı darçın
•    2 çay qaşığı sarıkök
•    1 xörək qaşığı bal
•    bir çimdik qara istiot
 
Hazırlanma qaydası:

Südü bir qaba töküb qızdırın, aşağı xodda olan qazın üstünə bişirdkcə qarışdırın. Üzərinə darçın, sarıkök və istiot tökün, qaynayana kimi yaxşıca qarışdırın. Bir-birni qarışana kimi qaynadın. tamamilə bir-birinə qarışandan sonra qazı söndürüb, bir az gözləyin. İlıq olanda balı əlavə edib, yaxşıca qarışdırın. Soyumamış için.









Redaktorun seçimi