Qulağından canlı kəpənək çıxdı - HƏKİMLƏR ŞOKDA

17 dəfə oxunub
Qulağından canlı kəpənək çıxdı - HƏKİMLƏR ŞOKDA
Türkiyənin Antalya şəhərində bir vətəndaşın qulağına kəpənək girib.
 
Faktor.az medicina.az-a istinadən bildirir ki, hadisə 38 yaşlı kişinin öz bağında nar ağaclarını budaması zamanı baş verib.
 
O, qulağında ağrı hiss etdikdən sonra xəstəxanaya üz tutub. 2 saatdan sonra kəpənəyə zərər verilmədən çıxarılıb. Əməliyyatdan sonra həşərat təbiətə buraxılıb.
 
Pasiyent deyir ki, 3 sm ölçüdə olan kəpənək qulağına girəndə xəbəri olmayıb, düşünüb ki, arı vurub:
 
"Ağrı getdikcə şiddətlənirdi, bir saat dözdüm, amma qulağımın içində tərpəniş hiss edirdim. Ondan sonra həkimə getməyə qərar aldım. Müayinələrdən sonra təsdiqləndi ki, qulağımda canlı kəpənək var. Daha sonra əməliyyata qaldırıldım".
 
Müayinədə həkimlər təəccüblərini gizlədə bilməyiblər:
 
"Müayinə zamanı qulağın içində yad cisim müşahidə etdik. daha sonra təsdiq etdik ki, bu, kəpənəkdi. O canlı idi və gizlənməyə çalışırdı. Bu durumu xəstəyə bildiridiyimzdə, ilk olaraq inanmadı. Həşərata zərrə də olsun ziyan vurulmadı. Pasiyentin qulağı kəpənəkdən xilas olduqdan sonra təmizləndi və yenidən müayinə edildi".



Redaktorun seçimi