Saçları bərpa edən MÖHTƏŞƏM MASKA

Bu maska saçları bərpa edir, kökləri möhkəmləndirir, saçların xarici görünüşünü xeyli yaxşılaşdırır, saçların uzanmasını stimullaşdırır.
Faktor.az saglamolun.az-a istinadən saçlar üçün ən effektli maskalardan birini təqdim edir:
Maskanın tərkibi:
- 1 x.q. üyüdülmüş darçın
- 1 ç.q. bal
- 1 yumurta
- 2 x.q. ayıpəncəsi yağı
Bütün inqrediyentləri yaxşı qarışdırın. Maskanı su hamamında bir az (!) qızdırın, saçlarınıza çəkin (xüsusilə köklərə fikir verin!).
Başınıza duş üçün papaq taxın, üzərini dəsmala bağlayın.
Maskanı 1 saat ərzində saxlayın, sonra saçınızı yaxşı yuyun.


