Hansı temperaturda yuyunmaq daha faydalıdır? - Alimlər sübut etdi

Hit: 500
Hansı temperaturda yuyunmaq daha faydalıdır? - Alimlər sübut etdi

Biotibb sahəsinin alimləri yatmazdan 1-2 saat öncə duş qəbul etməyin faydasını sübut ediblər.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Texas Universitetinin alimləri bədənin isti su ilə qızdırılmasının yuxu ilə əlaqəsini araşdırmaq üçün 5322 dəfə təcrübə aparıblar. Məlum olub ki, yuyunarkən suyun temperaturu 40-42 dərəcə selsi olmalıdır. Bu istilik səviyyəsi yuxuya gedənə qədər sərf olunan vaxt itkisini 10 dəqiqə qısaldır.

İnsan bədənin temperaturu yuxu kimi dövrüdür. Oyaq olarkən bədənin istiliyi gecə yuxusu zamanında olduğundan daha yüksək olur. Yuxuya gedən zaman bədən istiliyini 0,25-0,5 dərəcə itirir. Yuxunun son mərhələsində isə  bədən 1-1,5 dərəcəyə qədər soyuyur.  

İsti su qan dövranına stimul verir, bədən temperaturunun aşağı düşməsinin qarşısını alır.

Cavid Zahidoğlu

 









Redaktorun seçimi