Həkim-fitoterapevt Elnur Eldaroğlu jurnalistləri pulsuz müayinə edəcək

Hit: 1091
Həkim-fitoterapevt Elnur Eldaroğlu jurnalistləri pulsuz müayinə edəcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə təbii üsullarla şəfa ocağı olan Yasamal rayonundakı “Apifitoterapiya” mərkəzində həkim-fitoterapevt Elnur Eldaroğlu jurnalistlərin ödənişsiz ilkin terapevtik müayinəsini aparacaq.

Faktor.az xəbər verir ki, müayinə olunmaq üçün qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilərlər.

Xeyriyyə tədbiri iyulun 24-dən 26-dək keçiriləcək.









Redaktorun seçimi