İflic əllər və biləklər müalicə edildi

29 dəfə oxunub
İflic əllər və biləklər müalicə edildi

Avstraliya tədqiqatçıları iflic olmuş xəstələrin sinirlərini əməliyyat edərək onların uzun illər iflic olmuş əllərinə yenidən hissiyyat və hərəkət verə bilmişdir.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, əvvəllər iflic olmuş insanlar özləri müstəqil olaraq yemək yeyə, kompyuter arxasında işləməyi, yemək hazırlamağı və başqa işləri görməyi bacaracaq.

Velokrosda qəza keçirəndən sonra Polun sağ əli iflic olmuşdur. İndi isə o, istənilən şeyi yalnız sol əli ilə götürə bilir. Buna baxmayaraq onun sağ əlində də kifayət qədər güc əmələ gəlib. Pol müstəqil olaraq əlil arabasında reqbi idmanı ilə məşğul olur və gündəlik həyatında müstəqil hərəkət edir. Pol bu imkanları yeni əməliyyat sayəsində əldə edə bilmişdir.

Biz barmaqlarımızı və əllərimizi onurğa beynindən və sinirlərdən gələn informasiya sayəsində hərəkət etdiririk. Onurğa beyni zədələnərsə, bu informasiya blok olunur. Nəticədə insan iflic olur. Alimlər yalnız çiyin hissəsindən əllərini tərpədə bilən xəstələr tapmışdır. Daha sonra çiyin hissəsində olan sağlam sinirlər qolun aşağı hissəsində hərəkət etməyən sinirlərə birləşdirilmişdir. Belə bir əməliyyat xəstəyə əllərini bükə bilməyə və onlarla azad hərəkət etməyə imkan verir.

Mütəxəssis tədqiqatçı Nataşa Van Zil bildirir ki, artıq insanlar öz işlərinə qayıda biləcək. Onlar həyatlarında həmişəki aktivliyi bərpa edərək müstəqil olacaq.



Redaktorun seçimi