Meyvə şirəsi içək, yoxsa?

100 dəfə oxunub
Meyvə şirəsi içək, yoxsa?

Bir çox insan sağlam qalmaq üçün evdə çəkilmiş meyvə şirəsi içir. Ancaq dietoloqlar meyvə şirələrinin zənn edildiyi qədər faydalı olmadığını bildirirlər.

Son vaxtlar həkim-dietoloqlar öz xəstələrinə meyvə şirəsindən uzaq durmağı məsləhət görürlər. Bu da səbəbsiz deyil. Meyvə şirələri həddən artıq şəkər ehtiva edir.

Bir stəkan meyvə şirəsi əldə etmək üçün ən az 3-4 meyvə lazım olur. Halbuki, meyvənin özünü yesəniz, həm sizi tox saxlayar, həm daha az şəkər qəbul etmiş olarsınız, həm də tərkibindəki liflər sayəsində mədə-bağırsaq sisteminin işini asanlaşdırar.

Unutmayın ki, 1 stəkan meyvə şirəsi, təxminən, 110-120 kalori ehtiva edir. Bu isə gündəlik kalori ehtiyacının 5 faizi deməkdir.



Redaktorun seçimi