Oxuduqlarını yadda saxlaya bilməmək, unutmaq... PSİXİATR RƏYİ

77 dəfə oxunub
Oxuduqlarını yadda saxlaya bilməmək, unutmaq... PSİXİATR RƏYİ

"Unutqanlıq, yaddaşsızlıq, diqqət azalması, konsentrasiya pozulmaları çox insanın şikayət etdiyi problemlərdir. Bu problemlərin səbəbi əsasən iki cürdür. Bunlardan birincisi orqanizmdə olan xəstəliklər, ikincisi isə psixiatrik, psixoloji səbəblər nəticəsində yaranır".

Faktor.az e-tibb.az-a istinadən bildirir ki, bBunu psixiatr, uzman həkim Fuad Bəşirov unutqanlıqla bağlı məqaləsində bildirib.

Mütəxəssis hesab edir ki, diqqətin azalması, konsentrasiyanın pozulması, adi unutqanlıqlar uşaqlıqdan varsa (belə uşaqlar adətən hərəkətli, impulsiv olurlar, ancaq bu da şərt deyil), bu, "hiperaktivlik pozuntusu" adlı xəstəliyin əlamətləri də ola bilər. Yeni məlumatları öyrənə bilməyən və ya öyrənmə istəyinin olmaması kimi problemlər yaşayan, özlərindən daha çox yaxınlarının bu vəziyyətdən şikayətçi olduğu bir xəstəlik qrupu isə Demensiya xəstəlikləridir. Bu xəstəlik daha çox 65 yaşdan böyüklərdə ortaya çıxır: "Ən çox rastlaşdığımız hallar isə gündəlik məlumatları, planlanan işləri unutmaq, işdə, evdə yol gedərkən diqqətsizliyin yaranmasıdır. İmtahana hazırlıq dövründə və ya kitab oxuyarkən "Oxuyuram, amma baxıram ki, sadəcə, oxumuşam, fikrim başqa yerdədir" kimi şikayətlər isə daha çox psixiatrik, psixoloji problemlər nəticəsində yaranır".

Başqa hansı səbəblərdən unutqanlıq yarana bilər?

Həkimin sözlərinə görə, unutqanlıq yaradan, lakin nisbətən daha az görülən səbəblərə tiroid vəzin yaxşı çalışmaması, bəzi vitaminlərin çatışmazlığı da aiddir. Dərmanlar, xəstəxanada uzun müddət ağır xəstəliklərdən müalicə olunma da unutqanlığa səbəb olan hallardır.

 

F. Bəşirov deyib ki, unutqanlığın səbəblərindən asılı olaraq müalicə üsulları da dəyişir, bir çox hallarda bu problemlərdən qurtulmaq mümkündür.



Redaktorun seçimi