Həkimdən SOS: Körpənizi bundan qoruyun!

Hit: 343
Həkimdən SOS: Körpənizi bundan qoruyun!

Günəş şüalarının insan orqanizminə müsbət təsirləri ilə bərabər mənfi tərəflərini, ələlxüsus körpə dərisinə mənfi təsirini bilməliyik. Buna görə 1 yaşdan az olan körpələrin birbaşa günəşlənməsi və gün kremlərindən istifadə etməsi tövsiyə edilmir.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu məsləhətlə pediatr Altay Abdullaoğlu çıxış edib. Pediatr qeyd edib ki, körpələrin dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər:

"Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaları məsləhət görülür. Bu vaxt məsələsi bir çox mütəxəssislər tərəfindən mübahisəli olsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra günəşin batmasına qədər günəşlənmək tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar günəşlənərkən gün kremlərindən istifadə edə bilər".

Həkim bildirib ki, uşaqların dərisi günəşin kanserogen təsirinə daha həssas olur:

"Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktına diqqət yetirilməlidir".









Redaktorun seçimi