Mədəmizə necə “düşmən” oluruq? – Professorun məsləhətləri

Hit: 247
Mədəmizə necə “düşmən” oluruq? – Professorun məsləhətləri

Hamıya məlumdur ki, qeyri-sağlam qidalanma bir çox problemlərə səbəb olur. Xüsusilə axşam saatlarında çox yemək, yağlı yeməklər qəbul etmək sağlamlığımızın bir nömrəli "düşmən"inə çevrilir.

Faktor.az foodinfo.az-a istinadən bildirir ki, qidalanma əslində xüsusi proqram və qaydalara əməl etməklə olmalıdır. "Nə olsa yeyərəm" düşüncəsi ilə deyil, "Faydalı olanı yeyərəm" qaydası ilə hərəkət etməliyik.

Fərqli tərkib və dadı qidaları "qarışdıranda", məsələn ət yeməyinin üstündən şirniyyat yeyəndə, düyünün üstündən su içəndə, gecə saat 12-də hər nə olsa yeyəndə mədəmizi həddən artıq yükləmiş oluruq. Bu isə zamanla mədə xəstəliklərinə, maddələr mübadiləsinin pozulmasına yol açır.

Düzgün qidalanma ilə qaydaları barədə danışan tibb üzrə ekspert, professor Adil QeybullaFoodinfo.az-a bildirib ki, hər orqanizmin özünə görə qidaları var. İnsan özünə uyğun olan qidanı müəyyənləşdirməli və bir-birinə qarışdırmamalıdır: "Bizim millət axşamlar çox yeməyi xoşlayır. Bu isə bir çox mədə-bağırsaq problemlərinə səbəb olur. Ət yeməkləri günorta yeyilsə daha yaxşıdır. Çünki ət gec həzm olunduğu üçün axşam yeyiləndə mədəyə narahatlıq verir. Ümumiyyətlə, uzun müddət eyni qidaların qəbul olunması tövsiyə edilmir. Bu, maddələr mübadiləsinə mənfi təsir göstərir. Ən əsası budur ki, daxil olan kalori ilə sərf edilən kalorinin balansı qorunmalıdır. Yəni, fiziki iş görülməlidir. Bu zaman artıq çəki probleminin qarşısı alınmış olur".

Ekspert sözlərinə əlavə edib ki, saat 17:00-dan sonra meyvə yeyilməsi, maye qəbul edilməsi məsləhətdir. Belə olan halda maddələr mübadiləsi də yaxşı işləyir. O deyir ki, yeməkdən dərhal sonra çay və su içmək olmaz. Bu, mədə şirəsini duruldur və həzm prosesinə mane olur: "Bir çoxları yağlı yeməklər, xüsusən də kabab yeyəndən dərhal sonra üstündən soyuq su içir. Həmin su yağı dondurur və mədədən sovrulmasını çətinləşdirir. Nəticədə bədəndə əlavə yük yaranır".

Çörək və un məhsulları barədə də danışan A.Qeybulla vurğulayıb ki, Azərbaycana daxil olan un məhsulları genetik modifikasiya olunmuş (GMO) unlar olduğu üçün mümkün qədər çörəkdən uzaq durmaq məsləhətdir. O, az miqdarda kəpək və çovdardan hazırlanan çörək yeməyin daha faydalı olduğunu söyləyib.

 








Redaktorun seçimi