Qidaların psixologiyamıza QƏRİBƏ TƏSİRİ

47 dəfə oxunub
Qidaların psixologiyamıza QƏRİBƏ TƏSİRİ

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

Faktor.az bu yazıda qidaların insan psixologiyasına təsiri ilə tanış edir.

1. Düyü

Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

2. Qızardılmış qardağıdalı

Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir.

3. Tuna balığı

Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur.

4. Donuz piyi

Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir.

5. Taxıllar

Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır.

6. Qara şokolad

Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır.

7. Pendir

 

Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər.

8. Bişmiş kartof

Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır.

9. Paxla

Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər.

10. Sarıkök

Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir.

11. Zəfəran

Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir.

12. Darçın

Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb. (publika.az)



Redaktorun seçimi