Kişi sonsuzluğunun səbəbi tapıldı

146 dəfə oxunub
Kişi sonsuzluğunun səbəbi tapıldı

Qərbi Avstraliya Universitetinin əməkdaşları çox maraqlı açıqlama veriblər. Onlar kişi sonsuzluğunun səbəbini tapdığını bildiriblər.

Faktor.az Bizimyol.info-ya istinadən xəbər verir ki, alimlər bu bəxtsizlikdən əziyyət çəkənlərin problemini ananın hamiləlik vaxtı yaşadığı travmalara bağlayıblar. Qadın həmin periodda nə qədər çox sıxıntı yaşayarsa, oğlunun sperması da bir o qədər keyfiyyətsiz olar. Sıxıntı deyərkən çox yaxın adamın ölümü və ya boşanma kimi hadisələr nəzərdə tutulur.

Alimlər hesablayıb ki, üç travma yaradacaq hadisə spermatozoidin keyfiyyətini 36 faiz aşağı salır. Üstəlik, testorona təsir də 11 faiz olur. Stress qadın orqanizmində hormonal balansı pozur.

Universitet əməkdaşları yaşı 20-ni keçmiş 643 kişinin spermasını analiz ediblər. Onların üçdəikisinin anasının hamiləliyinin ilk 18 həftəsində azı bir travma yaradan epizod olub. Hər 7 kişidən 1-də isə həmin epizodların çoxluğu diqqət çəkir.



Redaktorun seçimi