Qadınlar arasında ən çox yayılmış xərçəngin riskini artıran 4 məhsul

52 dəfə oxunub
Qadınlar arasında ən çox yayılmış xərçəngin riskini artıran 4 məhsul
Süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Amerika alimləri süd vəzi xərçəginin qidalanma ilə əlaqəsini araşdırdıqdan sonra belə qərara gəliblər ki, bəzi qida məhsulları qadınlarda bu xərçəngin riskini artıra bilər.
 
Faktor.az saglamolun.az-a istinadən bu məhsulların adlarını açıqlayır:
 
- Spirtli içkilər
 
Spirtli içkilərin müntəzəm olaraq istehlakı süd vəzi xərçənginin riskini artırır. Spirtli ikilər bədəndə hopmonla fonu dəyişir və DNT hüceyrələrinin zədlənməsinə səbəb olur ki, bu da hüceyrələrin nəzarətsiz bölünməsinə və şişlərin inkişafına gətirib çıxarda bilər.
 
- Şəkər
 
Texas Universiteti (ABŞ) alimləri sübut edir ki, qidalanmada şəkərin çox olması süd vəzi xərçənginin ehtimalını artırır.
 
- Yağlar
 
Burada söhbət tran-yağlardan gedir. Fast-fud, dükanlarda satılan müxtəlif hazır qidalar, şirniyyatlar  trans-yağlarla zəngindir.
 
- Qırmızı ət
 
Qırmızı ət insan qidalanmasında daim olmalıdır. Lakin ətin həddindən çox istehlakı və xüsusilə də kolbasa, sosis və s. kimi emal olunmuş ətdan hazırlanan məhsullardan sui-istifadə süd vəzi xərçənginin inkişafı riskini artırır.
 
 



Redaktorun seçimi