Gündə 7 saatdan az yatmaq ürəyə zərərlidir

24 dəfə oxunub
Gündə 7 saatdan az yatmaq ürəyə zərərlidir
Aparılan araşdırmalar, xroniki olaraq yuxu problemi olanlarda qan dövranının zərər gördüyünü göstərdi.
 
Yuxunun gümrahlıq və sağlamlıqla bir əlaqəsi olduğunu zatən bilirik. Bilmədiyimiz şey isə, sağlamlığımızın üzərində yuxunun nə qədər böyük təsirinin olduğudur. Məsələn, görünüşcə əlaqəsiz olan kardioloji xəstəliklər ilə yuxunun necə bir əlaqəsi olduğu kimi mövzularda araşdırmalar aparılır.
 
Faktor.az axar.az-a istinadən bildirir ki, Experimental Physiology adlı jurnalda nümayiş olunan bir məqalə, bu mövzuda maraqlı nəticələr ehtiva edir. Az yatmaq insanların ruh halına və akademik bacarıqlarına təsir edir. Araşdırmaya görə bu vəziyyətin bir başqa təsiri də ürək sağlamlığınadır. Nəticələrə görə gündə 7 saatdan az yatmaq 2-ci tip diabeti, piylənməni və yüksək qan təzyiqini yaradır. Bunların nəticəsində də ürək xəstəlikləri ortaya çıxır.
 
Araşdırmanı Kolorado Bolder Universitetindən Kris DeSouza idarə etdi. DeSouza, yuxu və ürək sağlamlığı arasında birbaşa bir əlaqə yaratdı.
 
Aspirant Cemi Hicmans ilə birlikdə işləyən DeSouza, kod ehtiva etməyən RNA molekullarından bəzilərinin yuxusuz qalınan vəziyyətlərdə azaldıqlarını müşahidə etdi. Qan hüceyrələrində olan bu mikro RNA-lar dövran sistemi üçün əhəmiyyətlidir. Hicmans bu barədə belə danışdı: "Bəzi xüsusi mikro RNA-ların dövran miqdarları, məsələn bizim araşdırdığımız mikro RNA-ların miqdarları kardioloji sağlamlıq və xəstəliklər üçün əhəmiyyətlidir".
 
İkilinin araşdırmalarına qatılan 24 orta yaşlı insan üzərində aparılan araşdırmalarda, faydalı mikro RNA-lardakı azalışın yuxuyla əlaqədar olduğu məlum olub.



Redaktorun seçimi