Piylənmədən xilas edən gündəlik məhsul təhlükəlidir

63 dəfə oxunub
Piylənmədən xilas edən gündəlik məhsul təhlükəlidir

Arıqlamaq üçün məsləhət görülən düyü pəhrizinin əks təsirinin olduğu üçün, onlardan hələ sovet dövründə imtina olunmuşdur. Bu barədə həkim dietoloq Yelena Çediya danışmışdır. Onun sözlərinə görə, düyü pəhrizi orqanizmdə vitamın çatışmazlılğı yaradır.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, düyü seçimi zamanı onun emal olunmasına diqqət yetirmək lazımdır. Cilalanmış düyünün demək olar ki, heç bir xeyri olmur. Cilalanmamış düyünün tərkibi isə vitaminlərlə, minerallarla və mikroelementlərlə zəngin olur. Həkim həmçinin hesab edir ki, düyüdə insan üçün lazımlı zülal və yağların olmamasına görə onunla pəhriz saxlamaq məsləhət deyil. Düyü yaxşı olar ki, həddi aşmadan səhər qidalanmasında və ya qarnir kimi istifadə olunsun. Yapon mütəxəsislərinin fikrincə, müntəzəm olaraq düyüdən istifadə etməklə piylənmə riskinin aşağı düşməsi arasında bağlılıq var. Yaponiyanın Doşişa humanitar elmlər qadın kollecinin tədqiqatçıları, 136 ölkənin qida rasionunu və həyat tərzi haqqında təhlillər ediblər. Nəticələrə əsasən, o bölgələrdə ki, əhali gündəlik olaraq rasionuna 140 qm düyü əlavə edir, onlar daha qamətli olurlar.



Redaktorun seçimi