Çay dəmlərkən bunlara fikir verin - Sağlam qalın

Hit: 860
Çay dəmlərkən bunlara fikir verin - Sağlam qalın

Çayı düzgün dəmləmədikdə bir çox problemlərlə qarşılaşmaq mümkündür. Aparılan araşdırmaya görə, yalnış dəmlənən çay xərçəng kimi bir çox sağlamlıq problemlərinəı səbəb ola bilər.  

Bəs sağlamlılğa zərər verməməsi üçün nələrə diqqet etmək lazımdır?
 
Faktor.az medicina.az-a istinadən çayı düzgün dəmləməyin qaydaların təqdim edir:

Tərkibində əhəng olmayan su istifadə edin.

Çay dəmləyərkən əsas diqqet edilməli məqam istifadə edilən suyun təmiz olmasıdır. Bunun üçün isə krant suyundan uzaq durmaq lazımdır. Krant suyu ilə hazırlanan çay həm sağlamlığa zərər verir, həm də çayın keyfiyyətini azaldır.

Dəm çaynikinin seçimində diqqətli olun.

Çay dəmlərkən çayın keyfiyyətinə təsir edən amillərdən biri də dəm çaynikinin materialıdır. Çay dəmləmək üçün ən yaxşı variant çini çaynikdir.  Polad və ya alüminiumdan hazırlanan dəm çaynikləri dəmin dadını pisləşdirir.

Suyu dincəlməyə qoyun.

Çayın dadının gözəl olması üçün su qaynadıqdan sonra onu dincəlməyə qoymaq tələb olunur. Su qaynayan kimi onu çayın üzərinə tökdükdə dəm yanır və acı bir dad əldə edilir. Bu isə insan üçün sağlamlığı üçün çox təhlükəlidir.

Çay dəmləyərkən yalnız bir dəfə qaynanmış sudan istifadə edin.

Çay dəmlərkən ən çox yol verilən yanlışlardan biri də dəfələrlə qaynanmış su istifadəsidir. Bu cür sudan istifadə,  orqanizmdə bakteriya əmələ gəlməsinə səbəb olduğu üçün çay dəmləmək üçün ən ideal seçim bir dəfə qaynadılmış su istifadə etməkdir.

Yüksək istidən uzaq durun.

Çay dəmləyərkən yüksək istidən uzaq durmaq tələb olunur. Çünki yüksək istidə dəmlənən çay xərçəng kimi ciddi xəstəliklərin meydana çıxmasına səbəb ola bilər. Çay aşağı odda dəmlənməlidir.









Redaktorun seçimi