Tərkibində "gizli şəkər" olan qidalar - SİYAHI

Hit: 454
Tərkibində "gizli şəkər" olan qidalar - SİYAHI

Bəzi qidaların tərkibində bol miqdarda şəkər olduğu üçün ürək xəstəliyi, diabet, erkən yaşlanma kimi bir çox problemə yol açır. 

Təxmin belə etmədiyiniz qidaların tərkibi şəkərlə zəngindir. Sağlam qida vasitəsi hesab etdiyiniz qidaların bəzilərində şəkərli maddələr var. Hətta duzlu vasitələrin təkibində də şəkərli maddələr yer alır. 

Faktor.az medicina.az-a istinadən "gizli şəkər" tərkibli qidaların siyahısını təqdim edir.

Çörək: Ağ şörək şəkərdən ibarətdir. 

Salat sousları: Sağlam qidalanmaq üçün salatlara üz tuturuq. Lakin onlara dad verən sousların tərkibində müəyyən qədər şəkər maddələri olur. Evdə hazırlanan souslardan istifadə etmək daha sağlam qidalanma üsulu olacaq.

Meyvəli yoğurdlar:  İstehlak etdiyimiz yüngül və sağlam desert, həmçinin, qablaşdırılan meyvəli yoğurtlar bol şəkər ehtiva edir. Bunu da evdə özünüz rahatlıqla hazırlaya bilərsiniz. Südü özünüz mayalandırın ev şəraitində qatığınızı əldə edib, zövqünüzə uyğun meyvələrdən xırda-xırda doğrayıb, əlavə edə bilərsiniz. Bu üsul daha sağlam hesab olunur. 

Konservləşdirilmiş və ya dondurulmuş meyvələr: Dondurulmuş meyvələrin təkibində şəkər olmur. Amma bəzilərində bu, az da olsa qeydə alınıb. Alış-veriş zamanı edilməsi lazım olan ən mühüm addım qablaşdırma etiketini diqqətlə oxumaq və nələr ehtiva etdiyinə diqqət yetirməkdir.









Redaktorun seçimi