Piylənmənin səbəbi nədir? - Ölüm riski

Hit: 1055
Piylənmənin səbəbi nədir? - Ölüm riski
Piylənmə - maddələr mübadiləsinin pozulması nəticəsində orqanizmdə piyin həddindən artıq yığılmasıdır.

Artıq piy dəri altına, daxili orqanlara yığılaraq funksional və orqanik zədələnməyə səbəb olaraq ölüm riskini artırır.

Faktor.az Milli.Az-a istinadən bildirir ki, piylənmə dünyada, xüsusən inkişaf etmiş ölkələrdə geniş yayılmışdır.

Piylənmənin səbəbləri:
✔ Genetik faktorlar
✔ Çox miqdarda karbohidratlı qidaların qəbulu (şirniyyat, un məmulatları və s.)
✔Fiziki aktivliyin azlığı (oturaq həyat tərzi)
✔ Stres
✔ Yuxusuzluq
✔ Az maye qəbulu
✔ Endokrin xəstəliklər (hipotireoz, polikistoz və s.)

Piylənmə bir çox xəstəliklərin yaranma səbəbidir.
✔ Şəkərli diabet
✔ Hipertenziya
✔ Hiperlipidemiya
✔ Kəskin ürək çatışmazlığı
✔ Yuxu apnoesi
✔ Yumurtalıqların polikistozu
✔ Osteoartrit
✔ Qastroezofageal reflüks və s.

✔Piylənməni müəyyənləşdirmək üçün bədən kütlə indeksi (BKİ) hesablanır. Hesab üçün dəqiq boy və çəkini bilmək lazımdır. BMİ =(kq)/boy(m), Bədən kütlə indeksi göstəricilərinin dəyərləndirilməsi:
✔ 17,9 və aşağı - çəki defisiti
✔ 18-24.9 - normal çəki
✔ 25-29.9 - artıq çəki
✔ 30-34.9 - I dər. piylənmə
✔ 35-39.9 - II dər. pylənmə
✔ 40 və yüksək - III dər. piylənmə

 

✔ Piylənmənin müalicəsi ilk öncə Duzgün qidalanma və Fiziki aktivlikdir.
Əgər müayinə zamanı hormonal dəyişikliklər aşkarlanarsa Medikamentoz müalicə təyin edilir.

✔ Kliniki müşahidə:
18.06.2018 tarixində klinikaya gələn xanım pasiyent həkim-fleboloq Çingiz Abdullayeva müraciət etmişdir. Şikayətləri aşağı ətraflarda olan gərginlik, ağırlıq və ağrı hissindən idi. Müayinə əsasında pasiyentə aşağı ətraflarda olan ağrıların əsas səbəbinin çəki artıqlığının olduğu bildirilmiş, müşahidə üçün endokrinoloqun nəzarətinə göndərilmişdir.
Aparılan tibbi müayinələr nəticəsində pasiyentə düzgün qidalanma, fiziki aktivlik və müalicə təyin edildi.









Redaktorun seçimi