Bu qida ömrü uzadır

Hit: 216
Bu qida ömrü uzadır

Çili bibərinin istehlakı insan həyatını 12-14% uzatmağa yardım edə bilər.

Faktor.az saglamolun.az-a istinadən xəbər verir ki, alimlərin fikrinə görə, çilinin qidalanmada müntəzəm olaraq olması xərçəng, ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə bağlı olan ölüm riskini azaldır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Harvard Universiteti alimləri araşdırıblar. Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın qidalanma və sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar.

Araşdırmanın müəllifləri aşkar ediblər ki, çili istehlak edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.  









Redaktorun seçimi