Ağız qoxusu nədən yaranır, necə qurtulmaq olar? - Həkim Nərgiz Qasımovanın məsləhəti

Hit: 3086
Ağız qoxusu nədən yaranır, necə qurtulmaq olar? - Həkim Nərgiz Qasımovanın məsləhəti

Ağız qoxusu dünyada hər beş adamdan birinin əziyyət çəkdiyi bir pozulmadır.

Pis qoxu xəcalətə, sosial-psixoloji problemlərə səbəb olur. Bəzi hallarda belə hal insana o qədər narahatlıq verir ki, belə insanlar əsəb xəstəliyinə belə tutulurlar.

Bəs ağız qoxusu hansı səbəblərdən yaranır?

Mövzuyla bağlı Faktor.az-a qastroenteroloq-hepatoloq Nərgiz Qasımova danışıb.

Həkim bildirir ki, ağız qoxusu müxtəlif səbəblərdən yarana bilər:

“Belə hal olarsa, ilk öncə stamatoloqa, lora yoxlatdırmaq lazımdır. Problem olmazsa, bu zaman qastroenteroloqa müraciət etmək gərəkir. Qida borusu ilə mədə arasında klapan var. Yemək yeyib-yeməməkdən aslı olmuyaraq, həmin o klapan yarımaçıq vəziyyətdə qalsa, qoxu ağız boşluğuna qədər yayıla bilir”.

Qastroentoloq vurğulayır ki, ağız qoxusu bəzən ciddi bir həzm probleminin göstəricisi ola bilər:

“Bu qoxunun o zaman təhlükəsi var ki, insan orqanında hər hansı bir problem var. Yəni irinli iltihab da ola bilər. Bu problem olsa, qida borusunda gələcəkdə eroziyalar, xoralar, mədə xərçənginə qədər gətirib çıxara bilər. Bəzən mədə boş qalanda da bu qoxunu hiss etmək olar. Amma gecədən səhərə qədər gələn qoxu ən çox dişlərin dibində olan qalıqlardan yaranan qoxu ola bilər. Buna görə mütləqdir ki, hər axşam dişlər yuyulsun”.

 

 

 









Redaktorun seçimi