Soyuqdəymə və yorğunluq zamanı bu çay sizə kömək edəcək
Soyuqdəymə səbəbindən özünüzü yorğun və əzgin hiss edirsinizsə o zaman bu çayı sınayın. Çayın tərkibində olan vitamin və minerallar sizi gümrahlaşdıracaq.
Faktor.az medicina.az-a istinadən soyuqdəymə zamanı içilən vitaminli çay reseptini təqdim edir:
Hazırlanması:
2-3 ədəd mixək
Çay qaşığının ucunda darçın
Yaşıl çay
Hazırlanması:
Çaynikə yaşıl çayı və darçını əlavə edin. Mixəyi əzərək qarışıma atın. Daha sonra isti su əlavə edərək 5 dəqiqə saxlayın. Zövqə görə limon əlavə edin. Üzərinə bal da əlavə edə bilərsiniz.