“Fəst-fud”dan müntəzəm istifadə hansı - PROBLEMLƏRƏ YOL AÇIR?

Hit: 228
“Fəst-fud”dan müntəzəm istifadə hansı - PROBLEMLƏRƏ YOL AÇIR?
Siz çox güman ki, "fəst-fud"un insan sağlamlığına zərəri barədə eşitmisiniz. Lakin "fəst-fud"dan istifadə məhz hansı problemləri yarada bilir? Gəlin problemləri çeşidləyək.

İkinci tip şəkərli diabet

Faktor.az gencaile.az-a istinadən bildirir ki, ikinci tip şəkərli diabetin inkişaf riski faktorlarından biri - piylənmədir. Piylənmənin inkişafının əsas səbəblərindən biri isə yanlış qidalanmadır. "Fəst-fud" tez-tez təklif edilən istifadəsi zərərli, qeyri-sağlam qida hesab olunur. Maraqlıdır ki, "fəst-fud" piylənmənin mövcudluğundan asılı olmayaraq, diabetin inkişafı üçün riskdir: Bir çox tədqiqatlara əsasən, yağlı yeməklərdən istifadə, kalorili ərzaqlar orqanizmin insulinə həssaslığını azaldır.

Ürək-damar xəstəlikləri

"Fəst-fud"da böyük ölçülü doymuş və trans yağlar cəmlənib ki, triqlesidlərin və qanda "pis" adlanan xolesterinin səviyyəsini artırır. Bu maddələr damarlara zərər verir, xroniki iltihaba və ürək-damar xəstəliyinə səbəb olur.

 

Qaraciyər xəstəlikləri

Müntəzəm "fəst-fud" qəbulu qaraciyər üçün zərərlidir. Onun zərəri spirtli içkilərin qaraciyərə vurduğu zərərə bərabərdir. Tədqiqatlar göstərir ki, bir neçə həftədən sonra idmanla məşğul olmayan "fəst-fud" sevərlər qaraciyər fermentlərində dəyişikliklərlə üzləşirlər. Belə dəyişikliyə spirtli içkilərdən istifadə də səbəb olur.

Depressiya

Yeniyetmə yaşlarında müşahidə olunan hormonal dəyişikliklər tez-tez depressiv pozulmalara səbəb olur. "Fəst-fud"un təsiri altında bu pozulmalar, qəfil əhval-ruhiyyə və davranış dəyişikliyi artır. Sağlam qidalanma hormonal balansın möhkəmlənməsində çox vacib rol oynayır, yağlı və un məhsullarının tərkibində vacib nutrientləri olmadığından isə, yeniyetmələr arasında depressiya riskini artır.









Redaktorun seçimi