​​​​​​​Mədəsi qıcqıranlara 11 məsləhət

Hit: 887
​​​​​​​Mədəsi qıcqıranlara 11 məsləhət

Gecələr mədə qıcqırması bir çox insana rahatlıq vermir. Döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması sayılır. Əyiləndə və ya uzananda bu hiss daha da artır.

Aşağıdakılara riayət etməklə isə bu xoşagəlməz hissin qarşısını almaq mümkündür:

1. Axşam yeməyini daha tez yeyin

Faktor.az e-tibb.az-a istinadən bildirir ki, yatarkən mədənin dolu olması gecələr qıcqırma riskini artırır. Çalışın, axşam yeməyini yatmazdan 2-3 saat qabaq yeyin.

2. Qəhvəyə və şokolada "yox" deyin

Qəhvə və şokolad desertləri bir çox insanda qıcqırmaya səbəb olur. Digər çox yayılmış qida provokatorları - sitrus meyvələri, soğan, qazlı içkilər, yağlı və acı qidalar da qıcqırma yaradır.

3. Yatmazdan əvvəl idman etməyin

Gecə fiziki aktivlik insanlarda qıcqırmanın baş qaldırmasına səbəb olur. Yatmazdan öncə istənilən güclü və intensiv fiziki hərəkətlərdən qaçın. Axşam yeməyindən sonra sakit gəzinti, yaxud hərəkətsizlik xoşagəlməz hissin əmələ gəlməsinin qarşısını alır.

4. Ayıq-sayıq olun

Əgər qıcqırma həftədə iki dəfədən çox özünü büruzə verirsə, həkimə müraciət edin. Bu hal reflüks xəstəliyinin siqnalı ola bilər. Reflüks xəstəliyi isə mədə xorasının inkişafına, qırtlağın, ağciyərlərin işinin pozulmasına və digər təhlükəli problemlərə gətirib çıxarır.

5. Gecələr spirtli içki qəbulundan imtina edin

Spirtli içkilərin istənilən növü mədədə qıcqırmaya səbəb ola bilir. Axşam yeməyindən sonra bir parç pivə və ya bir qədəh şərab içdikdə, özünüzdə qıcqırma müşahidə edirsinizsə, deməli alkoqoldan imtina etməyin vaxtı yetişib. Yox, alkoqoldan imtina etməyi bacarmırsınızsa, heç olmasa, axşamlar spirtli içki içməyin.

6. Çəkiyə nəzarət

 

Gecə qıcqırması hər kəsin başına gələ bilər, lakin artıq çəkili insanlarda baş vermə ehtimalı daha yüksəldir.

7. Siqareti atın

Siqaret çəkmək qıcqırmanın əmələ gəlməsinin əsas səbəblərindən biridir. Siqaret qida borusu və mədə arasında əzələləri zəiflədir. Siqaret çəkirsinizsə, həkimə müraciət edin ki, sizə bu pis vərdişi atmaqda kömək etsin.

8. Axşam yeməyindən sonra nanəli konfet qəbul etməyin

Axşam yeməyindən sonra təravətləndirici nanəli konfetlərin qəbulu yaxşı ideya kimi görünə bilər. Ancaq tələsməyin. Qıcqırmadan əziyyət çəkənlərin çoxu məhz nanəli konfetləri qıcqırmanın provokatoru adlandırır.

9. Geniş gecə paltarları geyinin

Çox dar gecə paltarları yuxu zamanı qarnınızı sıxmaqla, qıcqırma riskini artıra bilər.

10. Saqqız çeynəyin

Tədqiqatlar göstərir ki, mədə qıcqırmasından əziyyət çəkən insanlar qida qəbulundan sonra 30 dəqiqə ərzində nanəsiz və şəkərsiz saqqız çeynəyirlər ki, bu da qıcqırma riskini aşağı salır. Saqqız tüpürcək ifrazını və udqunmanı artırır, bununla da, mədə şirəsinin qida borusuna daxil olmasına səbəb olur.

11. Dizlərinizi qatlayın

Əgər axşam yerdən uşaq oyuncaqlarını yığmalısınızsa, yaxud ev heyvanlarına yem verməlisinizsə, belinizi bükməyin, bunları yerə oturmaqla edin. Çünki belin bükülməsi mədənin sıxılmasına, bu isə qıcqırmaya səbəb ola bilər.









Redaktorun seçimi