Tez hamilə qalmağın yolları

Hit: 3476
Tez hamilə qalmağın yolları

Evli cütlüklər tez bir zamanda körpə istəyirlər. Lakin bu alınmayanda çox böyük problemlər ortaya çıxır. Ancaq özünüzü çarəsiz hiss etməyin. Sadəcə poliklinikaya gedərək tez hamilə qalmağın yollarını həkimdən öyrənmək olar. Bir çox hallarda bunun üçün təbiətə azca kömək etmək lazımdır.
Ovulyasiya vaxtını aşkar etmək
Ovulyasiya- yetişmiş yumurta hüceyrənin follekuldan çıxması və mayalanmaya hazır olmasına deyilir. Onun sağlam spermatozoid ilə lazımi yerdə və vaxtda birləşməsi nəticəsində gözlənilən hamiləlik baş verir. Bu period 2 sutka çəkir, daha doğrusu 24 saatdan 48 saata qədər. Bundan başqa günlərdə demək olar ki, mayalanma mümkün deyil.
Ovulyasiya vaxtını müəyyən etməyin bir neçə yolu var:
təqvim metodu
bazal temperaturun ölçülməsi
test ilə müəyyən edilmə
şəxsi müşahidə
USM müayinəsi.
İstəsəniz bir, istəsəniz bir neçə metoddan istifadə etməklə dəqiq nəticə əldə edə bilərsiniz.
Təqvim metodu. Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, burada sadə nəzəri hesablama aparılır. Ovulyasiya menustral tsiklin 12-16-cı günü baş verir. Əsasən 14-cü günə təsadüf edir. Əgər siz bir təqvim götürüb, menustrasiya günlərini qeyd etsəniz ovulyasiya gününü asanlıqla müəyyən edə bilərsiniz. Bunun üçün ən qısa tsikl müddətindən 16, ən uzun müddətdən isə 12 çıxaraq ən çox ehtimal olunan günü tapa bilərsiniz.
Bazal temperaturun ölçülməsi. Hər səhər yerinizdən durmadan anal dəlik və ya uşaqlıq yolunun temperaturunu ölçün. Tsikl ərzində temperaturu qeyd edəcəyiniz cədvəl tutun. Birinci yarım periodda temperatur stabil qalır, sonra 0,4°-0,6° aşağı enir. Daha sonra isə qalxır və stabil qalır. Məhz temperaturun endiyi günlər ovulyasiya günləridir.
Test ilə diaqnostika. Ovulyasiya testlərini istənilən aptekdən əldə edə bilərsiniz. Onların istifadəsi də çox sadədir. İnstruksiyada verildiyinə əməl edərək dəqiq nəticə əldə edə bilərsiniz. Test ən dəqiq göstəricidir.
Şəxsi müşahidə. Ovulyasiyaya 3-5 gün qalmış siz çox miqdarda ağımtıl-şəffaf axıntı müşahidə edəcəksiniz. O, yumurta ağını xatırladır. Maksimal axıntı məhz ovulyasiya günü qeyd edilir. Ovulyasiyadan sonra axıntı tutqun və qatıdır.
USM müayinəsi. Bu müayinə ixtisaslaşmış klinikada aparıla bilər. Həkim proseduru aparatın vaginal ötürücüsü ilə aparır. Tsiklin 7-10-cu günündə yumurtalıqlar müayinə olunur. Sonra 2-3 gündən bir follekulun yetişməsi müşahidə olunur. Nəhayət ovulyasiya günü müəyyən olunur.
Düzgün qidalanmanın təşkil olunması
Uşaq arzu edən ailələr qida rejimini düzgün təşkil etməlidirlər. Gündəlik rasionda zülal, karbohidrat və yağlardan əlavə vitamin və mikroelementlər, aminturşular və digər maddələr olmalıdır.
Apteklərdə xüsusi vitamin kompleksləri satılır. Onlar gələcək ana və atalar üçün nəzərdə tutulur. Kişilər üçün nəzərdə tutulan vitamimlərin tərkibində sink (spermatozoidlərin əmələ gəlməsini stimulyasiya edir), L-karnitin (spermatozoidlərin çox və hərəkətli olmasını təmin edir), vitamin E (spermatozoidlərin uzunömürlülüyünü təmin edir) vardır.
Qadınlar üçün nəzərdə tutulan vitaminlərin tərkibində fol turşusu, vitamin E, vitamin C, B qrup vitaminlər, sink, selen, maqnezium, arqinin və viteks ekstraktı olur. Bütün bunlar ovulyasiyaya bilavasitə təsir edərək hamiləlik ehtimalını artırır. Orqanizmdə prolaktin və progesteron çatışmazlığı mayalanmış yumurtanın implantasiyası çətinləşir. Viteks ekstraktı bunu aradan qaldırır.
Bu vitamin və mineralların təbii yolla qəbul olunması üçün müxtəlif tərəvəz və meyvələr, toxumlar, paxlalıları qəbul etmək lazımdır. Düzgün təşkil olunmuş qida rasionu gözlənilən hamiləliyin ehtimalını artırır.
Xalq təbabəti. Uşaq arzu edən analar xalq təbabətini unutmamalıdır. Bəzi üsullar əsrlər öncədən istifadə olunub və bu gün də aktuallığını itirmir. Bunlardan adaçayı (şalfey) qeyd etmək olar. Ancaq onunla ehtiyatlı olmaq lazımdır. O, follekulun vaxtından əvvəl partlamasına səbəb ola bilər. Əvvəlcə estrogenin miqdarını müayinə etdirin.
Bütün bu üsullar hər iki tərəf sağlam olduqda və heç bir ciddi xəstəliyi olmadığı halda hamilə qalmağa kömək edə bilər. Ona görə də əvvəlcə həkim müayinəsindən keçmək vacibdir.









Redaktorun seçimi