Azərbaycanda yeni virus yayılıb? - Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA - FOTOLAR

665 dəfə oxunub
Azərbaycanda yeni virus yayılıb? - Azərbaycanda “koksaki” virusu yayılıb? - AÇIQLAMA - FOTOLAR

Sosial şəbəkələrdə “koksaki” adlı virus yayılması barədə xəbərlər gündəm olub.

Oxu.Az-ın məlumatına görə, xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

 

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, “koksaki” adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu xəstəlik, adətən, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. 

 

 

 



Redaktorun seçimi